Gürcüstanın müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının (VMHP) rəhbər strukturlarında dəyişiklik edilib.
Postxronika.az xəbər verir ki, partiyanın avqustun 5-də keçirilən XIII qurultayında qəbul edilən qərara əsasən, İrakli Pavlenişvili Müvəqqəti İdarəetmə Şurasının sədri, sabiq prezident Mixeil Saakaşvili isə İslahat Şurasının sədri seçilib. Nanuka Jorjoliani partiyanın icraçı katibi vəzifəsini icra edəcək.
Partiya üzvü Levan Bejaşvilinin sözlərinə görə, yeni nizamnaməyə əsasən partiya sədri və baş katib vəzifələri ləğv olunub. Bu vəzifələrə məxsus səlahiyyətlər bundan sonra kollegial əsasda fəaliyyət göstərəcək Müvəqqəti İdarəetmə Şurasına verilib.
Bildirilib ki, İdarəetmə Şurası maksimum 9 üzvdən ibarət olacaq və əvvəlki nizamnamə ilə partiya sədri və baş katibə aid bütün səlahiyyətlər kollektiv şəkildə həyata keçiriləcək.