UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Orxus” – “Sabah” oyununun start heyətləri müəyyənləşib.
Postxronika.az xəbər verir ki, Danimarkanın “Randers” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
“Orxus”: Kristiansen, Emmeri, Anderson, Ryosler, Arnstad, Knudsen, Tinqaqer, Kal, Boqere, Bek, Yonsson.
Baş məşqçi: Yakop Poulsen.
“Sabah”: Stas Pokatilov, Stiv Solvet, Rəhman Daşdəmirov, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Aleksey İsayev, Kahim Perris, Coy-Lens Mikels, Velko Simiç.
Baş məşqçi: Valdas Dambrauskas.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 11-də Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək.