Konqo Demokratik Respublikasında Ebola epidemiyası son illərin ən təhlükəli mərhələsinə daxil olub.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, ölkədə qeydə alınan yoluxmaların sayı bu həftə 4 min nəfəri keçə bilər. Mütəxəssislər virusun əvvəlki epidemiyalarla müqayisədə daha sürətlə yayılmasını ciddi narahatlıq mənbəyi hesab edirlər.
Səhiyyə ekspertlərinin sözlərinə görə, silahlı qarşıdurmalar, əhalinin tez-tez yer dəyişməsi və səhiyyə xidmətlərinə çıxışın məhdud olması xəstəliyin nəzarət altına alınmasını çətinləşdirir.
Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar bölgəyə əlavə tibbi briqadalar və peyvəndlər göndərsə də, epidemioloji vəziyyət hələ də mürəkkəb olaraq qalır.
Reuters qeyd edir ki, mütəxəssislər qonşu ölkələrdə də epidemioloji nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayırlar.
Nigar Şirinova