Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən, sızma baş vermiş hissəsindəki bənddə aparılan təmir-bərpa işləri başa çatıb.
Postxronika.az xəbər verir ki, hazırda Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında suyun verilişi tam bərpa olunub.
Məlumata görə, Hacıqabul, Ağsu, Kürdəmir və Şamaxı rayonlarının su təminatı isə sabah axşam saatlarınadək mərhələli şəkildə bərpa ediləcək. Bütün ərazilərə tam həcmdə suyun verilməsi avqustun 7-si səhər saatlarından təmin olunacaq.
Bildirilib ki, hadisə baş verən andan etibarən əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunub, təmir işlərinə dərhal başlanılıb. Operativ tədbirlər nəticəsində bənd qısa müddətdə bərpa edilib və suyun verilişi mərhələli şəkildə təmin olunub.
Su təchizatında yaranan müvəqqəti fasilə ilə əlaqədar təsirlənən ərazilərə su maşınları göndərilib, sakinlərin içməli su ilə təminatı təşkil olunub.