Avqustun 6-da gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan Beynəlxalq Şahmat Federasiyası nümayəndə heyətini qəbul edib.
Postxronika.az xəbər verir ki, görüş zamanı Azərbaycanda şahmatın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ölkəmizdə keçirilən və keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları, həmçinin bu sahədə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər şahmatın inkişafı istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.