Türkiyənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) növbəti iclası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilir.
Postxronika.az "TRT Haber"ə istinadən xəbər verir ki, Prezident Administrasiyasının iqamətgahında baş tutan toplantıda parlamentə təqdim olunan "Terrorsuz Türkiyə" qanun layihəsi, terror təşkilatının silahı yerə qoyması prosesi və bununla bağlı kəşfiyyat məlumatları müzakirə olunur.