Qazaxıstanın Türküstan şəhərində Mərkəzi Asiya Dövlətlərarası Su Koordinasiyası Komissiyasının 94-cü iclası keçirilib.
Postxronika.az xəbər verir ki, iclasda Sırdərya çayı hövzəsində avtomatlaşdırılmış su ölçmə sisteminin tətbiqi üçün layihə planı təsdiqlənib.
Bu məqsədlə 2026-cı ilin sentyabr ayınadək xüsusi işçi qrupunun yaradılması planlaşdırılır.
Tərəflər, həmçinin 2026-cı ilin vegetasiya mövsümü üçün Sırdərya və Amudərya çayları hövzələrində su anbarlarının limitlərini və iş rejimlərini nəzərdən keçiriblər.
Qazaxıstanın Su Ehtiyatları və İrriqasiya Nazirliyinin məlumatına görə, aprelin 1-dən etibarən Sırdərya anbarına təxminən 3 milyard kubmetr su daxil olub. Bu həcm ötən ilin göstəricilərini və uzunmüddətli orta səviyyəni üstələyib.
Qeyd edək ki, Komissiyanın növbəti – 95-ci iclasının Türkmənistanda keçirilməsi planlaşdırılır.