Azərbaycan Ordusunda hərbi qulluqçuların məharət dərəcələrinin müəyyənləşdirilməsi məqsədilə sınaq imtahanlarına start verilib.
Postxronika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, imtahanlar müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına uyğun keçirilir.
Sınaq imtahanları zamanı hərbi qulluqçuların ixtisas hazırlığı, fiziki hazırlığı, eləcə də xidməti fəaliyyətlə bağlı nəzəri və praktiki bilik və bacarıqları qiymətləndirilir.
Qeyd olunub ki, imtahanların əsas məqsədi şəxsi heyətin peşəkarlıq səviyyəsini artırmaq, hərbi qulluqçuların bilik və bacarıqlarını obyektiv qiymətləndirmək, həmçinin ordunun döyüş hazırlığını daha da yüksəltməkdir.