Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının son bir həftə ərzində keçirdiyi nəzarət tədbirləri zamanı Bakı şəhəri və Zəngilan rayonu ərazisində qanunsuz ağac kəsilməsi faktları müəyyən edilib.

Postxronika.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmalar zamanı Sabunçu rayonunda Böyükşor–Pirşağı avtomobil yolunun kənarında, Xətai rayonunun Kazımağa Kərimov küçəsində, Nizami rayonunun Rüstəm Rüstəmov küçəsində, eləcə də Zəngilan rayonunun Gəyəli kəndi ərazisində qanunsuz ağac kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 83 min 840 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Məlumata görə, hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.