Çinin humanoid robot istehsalçısı Unitree Technology Şanxay birjasında ilkin səhmlərinin qiymətini müəyyənləşdirib.


Postxronika.az xəbər verir ki, Reuters-in məlumatına görə, şirkətin bir səhm üçün IPO qiyməti 150,8 yuan (22,34 dollar) təşkil edib. Bu qiymət Unitree-nin bazar dəyərini təxminən 61 milyard yuana, yəni 9,04 milyard dollara çatdırıb. 


Şirkət IPO çərçivəsində 40,45 milyon yeni səhm sataraq 6,1 milyard yuan cəlb etməyi planlaşdırır. Unitree bu addımla Çində birjada listinqə çıxan ilk humanoid robot istehsalçısı olacaq


Unitree-nin gəlirləri də sürətlə artıb. Şirkətin 2025-ci il üzrə gəliri 1,7 milyard yuan təşkil edib ki, bu da əvvəlki illə müqayisədə dörd dəfədən çox artım deməkdir. Humanoid robotların satışından əldə olunan gəlir isə 867,8 milyon yuana çatıb. 


IPO-dan əldə ediləcək vəsaitin robotların hazırlanmasına, yeni məhsulların buraxılmasına və istehsal imkanlarının genişləndirilməsinə yönəldilməsi nəzərdə tutulur. Şirkətin strateji investorları arasında süni intellekt şirkəti DeepSeek də yer alır və o, Unitree-də 2,31 faizlik pay əldə edib.


Nigar Vüqarqızı