Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin kəskinləşməsi regionun aparıcı müsəlman ölkələrini müdafiə əməkdaşlığını gücləndirməyə sövq edib.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzalayıb.
Razılaşma regionda İran və İsrail arasında qarşıdurmanın, həmçinin ABŞ-İran müharibəsinin yaratdığı təhlükəsizlik risklərinin artdığı bir dövrdə əldə olunub.
Üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi hərbi təlimlər, təhlükəsizlik koordinasiyası və mümkün təhdidlərə qarşı birgə fəaliyyət imkanlarını artırır.
Reuters-in məlumatına görə, saziş xüsusilə İranın regiondakı hərbi fəaliyyətləri ilə bağlı narahatlığın artdığı bir şəraitdə imzalanıb.
Razılaşma Yaxın Şərqdə yeni regional təhlükəsizlik mexanizmlərinin formalaşması baxımından da diqqət çəkir.
Atabəy Abbaszadə