İsrail və Livan arasında Hizbullahın tərksilah olunmasına nəzarət mexanizminin yaradılması istiqamətində yeni mərhələ başlayıb.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, İsrail və Livan Hizbullahın tərksilahına nəzarət etmək üçün Livana hərbi qüvvə göndərə biləcək ölkələrin ilkin siyahısını razılaşdırıb.

Məlumata görə, ABŞ siyahıdakı ölkələr arasında seçim etməlidir. Razılaşma ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində əldə olunub.Tərəflər Hizbullahın silahlarının təhvil verilməsi prosesinin beynəlxalq müşahidəçilər tərəfindən yoxlanılması imkanını nəzərdən keçirirlər.

Reuters-in məlumatına görə, Fransa mümkün iştirakçılar sırasında müzakirə olunsa da, ABŞ və İsrailin onun namizədliyinə etiraz etdiyi bildirilib.Bu mexanizmin yaradılması İsrail-Livan sərhədində uzunmüddətli sabitliyin təmin edilməsi baxımından mühüm hesab olunur. 

Atabəy Abbaszadə