Rusiya qüvvələri avqustun 9-da Ukraynanın Xarkov şəhərinin Saltovsk rayonuna raket zərbələri endirib.
Postxronika.az xəbər verir ki, bu barədə Xarkov şəhərinin meri İqor Terexov və Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat veriblər.
Zərbələr nəticəsində çoxmərtəbəli yaşayış binasına raket düşüb. Binanın 7-10-cu mərtəbələri dağılıb, bəzi sakinlər binada bloklanıb.
Son məlumata görə, hücum nəticəsində 2 nəfər həlak olub, 23 nəfər yaralanıb. Xəstəxanalarda 5 yaralının müalicə aldığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.