Postxronika.az xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 33 milyard 71 milyon manatlıq sənaye məhsulu istehsal edilib. Sənaye ümumi daxili məhsulun 34,6 faizini formalaşdıraraq iqtisadiyyatın ən böyük sahəsi olaraq qalır.

Lakin sənaye daxilində də mühüm dəyişiklik baş verir. Qeyri-neft-qaz sənayesində istehsalın real ifadədə 4,1 faiz artması diqqət çəkir. Bu göstərici sənayeləşmənin yalnız hasilatla deyil, emal sahələri ilə də bağlı olduğunu göstərir.

Qeyri-neft sənayesinin inkişafı hazır məhsul istehsalının artırılması baxımından vacibdir. Çünki xammalın ölkə daxilində emal edilməsi daha yüksək əlavə dəyərin yaradılmasına imkan verir.

İqtisadçı Elşən Bağırzadənin elmi yanaşmasında da iqtisadiyyatın şaxələndirilməsi və məhsuldarlığın yüksəldilməsi uzunmüddətli inkişafın əsas şərtləri kimi qiymətləndirilir.

Atabəy Abbaszadə