Postxronika.az xəbər verir ki, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 22 milyard 164,6 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə 117 ölkəyə məhsul ixrac olunub, 153 ölkədən idxal həyata keçirilib. Xarici ticarət balansında 8 milyard 528 milyon dollarlıq müsbət saldo yaranıb.
Müsbət saldo o deməkdir ki, müəyyən dövrdə ixracın dəyəri idxalın dəyərindən yüksək olub.
Lakin xarici ticarətin qiymətləndirilməsində yalnız ümumi məbləğ kifayət etmir. İxracın strukturunda qeyri-neft məhsullarının payı, yeni bazarların əldə edilməsi və yerli məhsulların rəqabət qabiliyyəti də mühüm göstəricilərdir.
İqtisadçı Vüqar Bayramov qeyri-neft ixracının artırılmasını iqtisadi diversifikasiyanın əsas istiqamətlərindən biri hesab edir.
Atabəy Abbaszadə