Postxronika.az xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında nəqliyyat və anbar təsərrüfatında əlavə dəyər real ifadədə 8 faiz artaraq 7 milyard 817,6 milyon manat təşkil edib.

Bu göstərici ölkədə ən yüksək sektor artımlarından biridir.

Azərbaycanın coğrafi mövqeyi Avropa ilə Asiya arasında yük daşımalarında ölkəyə tranzit imkanları verir. Bakı limanı, dəmir yolları, avtomobil yolları və beynəlxalq nəqliyyat dəhlizləri bu sistemin ayrı-ayrı hissələridir.

Ekspertlərə görə, logistikanın inkişafı yalnız tranzit gəlirlərini artırmır. Eyni zamanda anbar, sığorta, gömrük, xidmət, təmir və digər əlaqəli sahələrdə yeni biznes imkanları yaradır.

Atabəy Abbaszadə