Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana müraciət edib.

Postxronika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin "X" səhifəsində paylaşım edilib.

İlham Əliyev Məsud Pezeşkianın Azərbaycan haqqında söylədiyi səmimi və xoş sözlərə görə təşəkkürünü bildirib.

"Azərbaycan və İran xalqları çətin və dar günlərdə hər zaman bir-birinin yanında olublar. Regionumuzda baş verən son hadisələr fonunda Azərbaycan bir daha qardaş İran xalqının yanında olduğunu nümayiş etdirib", – deyə paylaşımda qeyd olunub.