Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Postxronika.az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.