Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Ukrayna səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Postxronika.az xəbər verir ki, fərmana əsasən, 2025-ci il noyabrın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi təmin edəcək.

Fərmana əsasən, Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Ukrayna Hökumətinə bildiriş göndərəcək.