Avqustun 13-də Serbiyanın Loznitsa şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatına start veriləcək.
Postxronika.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
9 gün davam edəcək yarışda Azərbaycan milli komandası 13 idmançı ilə təmsil olunacaq.
Məşqçilər korpusu turnirdə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Renat Qiyaslı (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq), Səfdər Məmmədzadə (+90 kq), Banuçiçək Nəsirli (48 kq), Gülər Hüseynova (51 kq) və Əminə Tağıya (54 kq) şans verəcək.
Yarışda Emil Qurbanəliyev və Asif Məmmədov hakim kimi fəaliyyət göstərəcəklər. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.