Türkiyənin 81 vilayətinin qubernatorları “Terrorizmsiz Türkiyə” təşəbbüsü çərçivəsində görüləcək tədbirləri müzakirə edəcəklər.
Postxronika.az xəbər verir ki, iclas avqustun 12-də Türkiyə Daxili İşlər Nazirliyinin binasında keçiriləcək. Toplantıda daxili işlər naziri Mustafa Çiftçi və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da iştirak edəcəklər.
İclasın gündəliyinə “Milli həmrəyliyin və sosial inteqrasiyanın gücləndirilməsi haqqında” Qanundan irəli gələn qərarların və tədbirlərin regionlarda həyata keçirilməsi ilə bağlı məsələlər daxil edilib.
Toplantıda polis və jandarm idarələrinin rəhbərləri videokonfrans vasitəsilə iştirak edəcəklər. Həmçinin yerli qurumların və hüquq-mühafizə orqanlarının qarşılaşa biləcəyi mümkün çətinliklər müzakirə olunacaq.
Bundan əlavə, dezinformasiyanın yayılmasının və prosesə mane olmağa çalışan qrupların təxribatlarının qarşısının alınması ilə bağlı müvafiq tapşırıqlar veriləcək.