Bakı və regionlar arasında fəaliyyət göstərən bir sıra avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Postxronika.az xəbər verir ki, müsabiqələr Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin təmin edilməsi məqsədilə keçirilib.

Müsabiqənin nəticələrinə əsasən:

  • Bakı-Sınıq Körpü – “Kaspian Ekspress” MMC və “Xan Sarayı” MMC;
  • Bakı-Şəki – “Xan Sarayı” MMC;
  • Bakı-Qusar – “Aliosman Ağasoy” MMC;
  • Bakı-Xudat – “Uğurlu Yol” MMC;
  • Bərdə-Göyçay – Bayramov Şəhriyar Hidayət oğlu;
  • Samux (Füzuli küçəsi)-Gəncə (dəmiryol vağzalı) və Ziyadlı kəndi (Samux)-Gəncə (dəmiryol vağzalı) – “Kamil Avtonəqliyyat” MMC.

Qeyd edək ki, müsabiqələr “Avtomobil nəqliyyatı haqqında” Qanuna və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara uyğun keçirilib.