Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Türkiyəyə rəsmi səfər edəcək.
Postxronika.az xəbər verir ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.
Yüksək səviyyəli danışıqların avqustun 12-də keçirilməsi planlaşdırılır. Görüşlərdə Yaxın Şərqdəki vəziyyətin əsas müzakirə mövzularından biri olacağı gözlənilir.
Mahmud Abbasın Türkiyəyə səfəri avqustun 13-də başa çatacaq.
Qeyd edək ki, Fələstin lideri 2024-cü ilin avqustunda Ankaraya səfəri zamanı Türkiyə Böyük Millət Məclisinin növbədənkənar iclasında çıxış edərək yaxın vaxtlarda Qəzza zolağına səfər etmək niyyətində olduğunu bildirmişdi.