Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Postxronika.az xəbər verir ki, ziyarət avqustun 11-də baş tutub.
Dövlət başçısı və birinci xanım abidənin önünə gül dəstələri qoyaraq Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.