Azərbaycanda səhiyyə xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində işlər davam etdirilir.

Postxronika.az xəbər verir ki, Səhiyyə Nazirliyinin rəsmi platformasında elektron səhiyyə xidmətləri təqdim olunur. Rəqəmsal transformasiya çərçivəsində tibbi məlumatların elektron formada idarə edilməsi və xidmətlərin onlayn imkanlarının genişləndirilməsi istiqamətində iş aparılır.

Rəqəmsallaşmanın istiqamətlərindən biri də icbari tibbi sığorta şəhadətnamələrinin elektron formada verilməsidir. Müvafiq məlumatların elektron informasiya sistemində yaradılması nəzərdə tutulur.

Səhiyyə sistemində rəqəmsal texnologiyaların tətbiqinin xidmətlərə çıxışın asanlaşdırılması və tibbi məlumatların daha operativ idarə olunmasına imkan verəcəyi gözlənilir.

Nigar Vüqarqızı