Azərbaycan ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır və şimşək çaxır.

Postxronika.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, avqustun 14-ü saat 10:00-a olan məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv və güclü olub.

Ən çox yağıntı Qax rayonunun Sarıbaş kəndində qeydə alınıb – 53 mm. Balakəndə 45, Zaqatalada 44, Xınalıqda 40, Qrızda 20, Qusarda və Gədəbəydə 10 mm yağıntı düşüb.

Quba və Tovuzda 8, Ağdamda 7, Xaçmaz, Şabran və Kişçayda (Şəki) 4, Daşkəsən, Lənkəran, Ceyrançöl və Culfada 3, Şahdağ və Qəbələdə 2 mm yağıntı qeydə alınıb.

Göygöl, Gəncə, Naftalan, Oğuz, Tərtər, Mingəçevir, İsmayıllı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Sabirabad, eləcə də Bakı və Abşeron yarımadasında 1 mm yağıntı düşüb.