Asiya İnkişaf Bankı (ADB) Biləcəri–Yalama dəmir yolu sahəsində elektrifikasiya, siqnallaşdırma və telekommunikasiya sistemlərinin modernləşdirilməsi layihəsinin idarə edilməsi üzrə məsləhətçilərin seçilməsi proseduruna başlayıb.

Postxronika.az bu barədə ADB-yə istinadən xəbər verir ki, konsultasiya xidməti üzrə müqavilənin təxmini dəyəri 2,088 milyon ABŞ dollarıdır.

Bankın məlumatına görə, layihənin icra müddəti 54 ay təşkil edir. İşlərin ilkin olaraq 2027-ci il fevralın 1-də başlanması planlaşdırılır.

ADB layihənin icrası üçün 350 milyon ABŞ dolları məbləğində kreditin ayrılması imkanını nəzərdən keçirir.

Layihənin ADB, Asiya İnfrastruktur İnvestisiya Bankı və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilməsi planlaşdırılır.