Bakı, Sumqayıt və Abşeron rayonunda yaşıllıqların qanunsuz kəsilməsi ilə bağlı faktlar aşkarlanıb.
Postxronika.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xidmətin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri Xətai rayonu Vunqtau küçəsi, Sumqayıt şəhəri 4-cü məhəllə və Abşeron rayonu Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsində ağacların qanunsuz kəsilməsi faktları müəyyən edilib.
Araşdırmalar nəticəsində yaşıllıqlara ümumilikdə 71 940 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Bildirilib ki, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.