Almaniyanın Frankfurt şəhərində keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatında Azərbaycanı fərdi proqramda Fidan Qurbanlı təmsil edib.

Postxronika.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 12-dən 16-dək keçirilən və Dünya Gimnastika Federasiyasının təqvimində yer alan yarışda dünyanın müxtəlif ölkələrindən 300-ə yaxın gimnast iştirak edir.

Fidan Qurbanlı halqa, top, gürzlər və lentlə çıxış edib. Təmsilçimiz çoxnövçülük üzrə ümumilikdə 75,350 xal toplayaraq yekun sıralamada 43-cü pillədə qərarlaşıb.