Bakıda 19 yaşadək gənc və yeniyetmə badmintonçular arasında “Azerbaijan Junior Open 2026” beynəlxalq turniri keçirilir.

Postxronika.az Azərbaycan Badminton Federasiyasına istinadən xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Gürcüstan, İran, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Hindistan və Tacikistandan ümumilikdə 64 badmintonçu iştirak edir. Azərbaycan turnirdə 22 idmançı ilə təmsil olunur.

Badmintonçular oğlan və qızların şəxsi, qoşa və qarışıq qoşa kateqoriyalarında 5 kateqoriya üzrə mübarizə aparırlar.

Qeyd olunub ki, “Azerbaijan Junior Open 2026” ölkədə ilk dəfə “Junior International Series” kateqoriyasında təşkil olunan turnirdir.

Yarışa avqustun 16-da keçiriləcək final qarşılaşmaları ilə yekun vurulacaq.