Bakıda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir.
Postxronika.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinə istinadən xəbər verir ki, görülən işlər çərçivəsində Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil olunub. Bununla Rəşid Behbudov küçəsi və Vaqif prospektindəki mövcud zolaqlar birləşdirilib.
Ərazidə müvafiq yol nişanları quraşdırılıb. Yaxın günlərdə təhlükəsizlik sədlərinin quraşdırılması nəzərdə tutulur.
Bildirilib ki, kəsintisiz mikromobillik zolağının yaradılması məqsədilə velosiped yolları mərhələli şəkildə əlaqələndirilir. Şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsinin genişləndirilməsi planlaşdırılır.