Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Postxronika.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinə istinadən xəbər verir ki, məhdudiyyət səbəbindən 112, 140, 140E, 141, 144, 146, 182, 340 və 446 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələr üzrə təşkil edilib.

Bildirilib ki, sözügedən marşrutlar Mərdəkan-Qala şosesi, 28 May, Dəmiryolçular, Xəzri və Baba Əliyev küçələri ilə hərəkət edirlər.