İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.
Postxronika.az "TRT Haber"ə istinadən xəbər verir ki, Qəribabadi sosial media hesabında paylaşdığı açıqlamada Hörmüz boğazının nə sosial şəbəkə paylaşımı, nə təyyarədaşıyan gəmi, nə də sərəncam və seçki çıxışı ilə ələ keçirilə biləcəyini deyib.
O bildirib ki, İran təhdidlərdən qorxmur və güc nümayişi qarşısında geri çəkilmir. Qəribabadi Hörmüz boğazının İrana məxsus olduğunu və İranın nəzarətində qalacağını vurğulayıb.
Qeyd edək ki, Donald Tramp daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında tam blokada tətbiq etdiyini iddia edib və İranı tam məğlub etdikdən sonra boğazı ABŞ ərazisi elan edəcəyini bildirib.