İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqlara yenidən başlamaq məsələsində hələ qərar qəbul etmədiklərini bildirib.
Postxronika.az TRT Haberə istinadən xəbər verir ki, Əraqçi ABŞ ilə müharibə, mümkün danışıqlar və Hörmüz boğazındakı vəziyyətlə bağlı açıqlamalar verib.
Nazir İran və ABŞ arasında iyunun 17-də imzalanan razılaşmanın atəşkəs deyil, “müharibənin sonu” olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ razılaşma memorandumunu pozub və nəticədə qarşıdurmalar yenidən başlayıb.
Əraqçi qeyd edib ki, Qətər və Pakistan vasitəçi kimi tərəflər arasında yalnız mesaj mübadiləsi aparır və bu, danışıqların aparılması demək deyil.
İran xarici işlər naziri həmçinin Hörmüz boğazında “təhlükəsiz marşrut”un müəyyənləşdirilməsi ilə bağlı Omanla müzakirələrin davam etdiyini bildirib. Onun sözlərinə görə, marşrut müəyyənləşdirildikdən sonra belə boğazın açılması ABŞ-nin yerinə yetirməli olduğu digər şərtlərdən asılı olacaq.