Sabah Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində güclü külək əsəcək.
Postxronika.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı və narıncı xəbərdarlıq yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin, Naxçıvan Muxtar Respublikası və bir sıra rayonlarda isə şərq küləyinin sürəti 13,9-20,7 m/san təşkil edəcək.
Goranboy, Naftalan və Daşkəsən rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyinin sürətinin 20,8-28,4 m/san-dək güclənəcəyi gözlənilir