M1, M2 və M3 nömrəli ekspres marşrutların “28 May” Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsiz hərəkətinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədilə 2, 10, 20 və 88A nömrəli marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.

Postxronika.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına istinadən xəbər verir. 

2 nömrəli marşrut üzrə “Dərnəgül” metrostansiyası istiqamətində dayanacaq Puşkin küçəsində, Muğan bağının qarşısında, Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində isə Səməd Vurğun bağının qarşısında təşkil edilib.

10 və 20 nömrəli marşrutların müvafiq olaraq Bakı Ağ Şəhər və Qaraçuxur qəsəbəsi istiqamətində dayanacağı Puşkin küçəsində, Muğan bağının qarşısında olacaq.

88A nömrəli marşrut üzrə Bakı Ağ Şəhər istiqamətində dayanacaq Muğan bağının, “Azadlıq prospekti” metrostansiyası istiqamətində isə Səməd Vurğun bağının qarşısında yerləşdirilib.