Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Türkiyənin Yalova şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.

Postxronika.az xəbər verir ki, Türkiyə, Qazaxıstan, Rumıniya, Bolqarıstan və Estoniya təmsilçilərinin iştirak etdiyi yarışda Vaqif Babayev və Şakir Qədirov komanda yarışında ikinci, Banu İmanverdizadə və Sofiya Trofimenko isə üçüncü yeri tutublar.

Şəxsi mübarizədə U-15 yaş kateqoriyasında Vaqif Babayev və Şakir Qədirov bürünc medala sahib olublar.

Qeyd edək ki, məşqçilər Billurə Eminova və Zakir Cavadovun rəhbərliyi ilə Türkiyəyə yollanan idmançılar avqustun 8-dən 14-dək Yalova şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında da iştirak ediblər.