Hörmüz boğazında gəmi hərəkəti su yolunun açılması ilə bağlı qeyri-müəyyənliyin davam etməsi səbəbindən azalıb.
Postxronika.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Kpler-in məlumatına əsasən, çərşənbə axşamı boğazdan 6 əmtəə daşıyan gəmi keçib. Bu göstərici bir gün əvvəl 9, son 10 günün gündəlik orta göstəricisi isə 11 gəmi olub.
Məlumata görə, əksər gəmi sahibləri boğazın yenidən açılması ilə bağlı aydın siqnalların olmaması səbəbindən bu marşrutdan istifadə etməkdən çəkinirlər.
ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı İranla heç bir danışıqların aparılmadığını və Hörmüz boğazının açıq olduğunu bildirib. İran isə boğazın gəmiçilik üçün hələ də bağlı olduğunu açıqlayıb.
Qeyd edək ki, müharibədən əvvəl Hörmüz boğazı dünya üzrə xam neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən beşdə birinin həyata keçirildiyi əsas su yoludur.