Xırdalan şəhərinin Heydər Əliyev prospektində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Postxronika.az AYNA-ya istinadən xəbər verir ki, məhdudiyyət səbəbindən E2, 135, 515, 517, 523, 535, 592 və 596 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.

E2 nömrəli marşrut “20 Yanvar” metrostansiyasından Xırdalan şəhəri istiqamətində Heydər Əliyev prospekti, Zərifə Əliyeva, Qalubiyyə və Mehdi Hüseynzadə küçələri ilə hərəkət edir. Marşrutun başlanğıc dayanacağı Heydər Əliyev prospektində təşkil olunub.

135 nömrəli marşrutun avtobusları Mehdi Hüseynzadə küçəsindəki başlanğıc dayanacaqdan Heydər Əliyev prospekti ilə hərəkət edir.

515, 523 və 596 nömrəli marşrutların hərəkəti Heydər Əliyev prospekti, Hacı Zeynalabdin Tağıyev, Osman Sarıvəlli, İmadəddin Nəsimi və Həsən Əliyev küçələri ilə təşkil olunub.

517 nömrəli marşrut iki istiqamətdə fəaliyyət göstərir. Birinci istiqamət Masazır kəndi (“Yeni Bakı” yaşayış kompleksi) – Həsən Əliyev küçəsi (dairəvi hərəkət), ikinci istiqamət isə Masazır kəndi (“Yeni Bakı” yaşayış kompleksi) – Heydər Əliyev prospektidir.

535 nömrəli marşrutun son dayanacağı Heydər Əliyev prospektində, Hacı Zeynalabdin Tağıyev küçəsi ilə kəsişmənin yaxınlığında, 592 nömrəli marşrutun başlanğıc dayanacağı isə Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə küçəsi ilə kəsişmənin yaxınlığında təşkil olunub.