ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətində özünü beynəlxalq münaqişələri həll etməyə çalışan “sülh tərəfdarı” lider kimi təqdim etsə də, İran, Ukrayna və Qəzza istiqamətində proseslər Vaşinqton üçün ciddi problemlər olaraq qalır.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Tramp noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində xarici siyasətdə gözlədiyi nəticələrin əksəriyyətini əldə edə bilməyib.

ABŞ və İran arasında diplomatik danışıqlar dayanıb, Qəzzada sülh prosesi irəliləmir, Ukraynada müharibənin sona çatdırılması istiqamətində danışıqlar isə nəticəsiz qalır. Eyni zamanda, İran müharibəsinin ABŞ-da yanacağın qiymətinə və inflyasiyaya təsiri Tramp administrasiyasına daxili siyasi təzyiqi artırır.

Reuters/Ipsos sorğusuna əsasən, Trampın fəaliyyətini dəstəkləyən amerikalıların göstəricisi 33 faizə düşüb. Analitiklər hesab edirlər ki, xarici siyasətdə nəticələrin əldə olunmaması Respublikaçılar Partiyasının Konqresdə mövqeyinə də təsir göstərə bilər.

Atabəy Abbaszadə