ABŞ və İran arasında davam edən qarşıdurma fonunda Vaşinqton Tehrana qarşı iqtisadi təzyiqi daha da artırır. Yeni tədbirlər İranın beynəlxalq ticarət imkanlarını məhdudlaşdırmaqla yanaşı, Tehranla əməkdaşlıq edən ölkə və şirkətlər üçün də ciddi maliyyə riskləri yarada bilər.
Postxronika.az xəbər verir ki, ABŞ administrasiyası İranın iqtisadi imkanlarını zəiflətmək məqsədilə sanksiyaları genişləndirib.
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, yeni tədbirlər İranın iqtisadi “həyat xəttini” kəsməyə yönəlib. Vaşinqton İranla biznes əlaqələrini davam etdirən ölkələrə də xəbərdarlıq edib. ABŞ tərəfinin mövqeyinə görə, Tehranla müəyyən iqtisadi əlaqələri davam etdirən tərəflər dollar əsaslı maliyyə sistemindən kənarlaşdırılmaq riski ilə üzləşə bilərlər.
Reuters-in məlumatına görə, yeni sanksiyalar əvvəlki tədbirlərdən fərqli olaraq yalnız İran şirkətlərini deyil, İranla ticarət edən xarici tərəfləri də daha böyük təzyiq altında saxlamağı nəzərdə tutur. Bununla belə, tədbirlərin İran iqtisadiyyatına real təsirinin hansı səviyyədə olacağı hələlik qeyri-müəyyəndir.
Atabəy Abbaszadə