ABŞ-ın İrana qarşı iqtisadi təzyiqi genişləndirməsi Tehran tərəfindən sərt qarşılanıb. İranın reaksiyası regionda hərbi və enerji təhlükəsizliyi ilə bağlı onsuz da yüksək olan narahatlığı daha da artırıb.

Postxronika.az xəbər verir ki, İran ABŞ-ın yeni sanksiyalarına cavab verəcəyini bəyan edib.

Reuters-in məlumatına görə, Tehran Vaşinqtonun sanksiya siyasətinə boyun əyməyəcəyini və ölkənin mühüm maraqlarına qarşı hər hansı hücum olacağı təqdirdə cavab tədbirləri görəcəyini bildirib.

İran xüsusilə enerji infrastrukturu və strateji dəniz keçidlərinin mümkün təhlükə ilə üzləşməsi halında qarşı tərəfə cavab veriləcəyinə işarə edib. ABŞ isə sanksiyaların İranın iqtisadi imkanlarını zəiflətmək və müharibənin dayandırılmasına təzyiq göstərmək məqsədi daşıdığını bildirir.

Reuters yazır ki, İranın əsas ticarət tərəfdaşlarından Çin və Rusiya ABŞ-ın təzyiq kampaniyasına qarşı çıxıb. Bu isə Vaşinqtonun sanksiyalarının effektivliyi və onun beynəlxalq səviyyədə nə qədər dəstək qazanacağı ilə bağlı suallar yaradır.

Atabəy Abbaszadə