Ukrayna müharibəsinin diplomatik yolla başa çatdırılması istiqamətində yeni təşəbbüslər müzakirə olunur. Kiyev ABŞ-ın vasitəçiliyi ilə Moskva ilə danışıqlar üçün müəyyən zaman pəncərəsinin yarana biləcəyini hesab edir.
Postxronika.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ vasitəçiliyi ilə sülh səylərinin 2027-ci ilin yayına qədər davam etdirilməsi üçün imkan gördüyünü bildirib.
Reuters-in məlumatına görə, Ukrayna ABŞ və Avropa rəsmiləri ilə birlikdə Moskvaya təqdim ediləcək bir səhifəlik təklif üzərində işləyir. Sənəddə atəşkəs və ABŞ tərəfindən irəli sürülən Donbasın şərqində üçüncü tərəfin idarə edə biləcəyi azad iqtisadi zona ideyasının yer alması nəzərdə tutulur.
Rusiya isə Donbasın öz ərazisi olduğunu bildirərək üçüncü tərəfin həmin ərazini idarə etməsi ideyasına şübhə ilə yanaşır.
Zelenski hesab edir ki, 2028-ci il ABŞ prezident seçkilərinə qədər olan dövr danışıqlar baxımından xüsusi əhəmiyyət daşıya bilər.
Atabəy Abbaszadə