Sanderlendin sahil ərazisində quraşdırılan dörd “Kiçik Kitabxana” kitabsevərləri dəniz mənzərəsi fonunda mütaliəyə dəvət edir.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, kitab şkaflarından yerli sakinlər və istirahətə gələnlər kitab götürə, dəyişə və ya yenisi ilə əvəzləyə bilərlər.
Layihənin məqsədi insanları dəniz kənarında mütaliəyə həvəsləndirmək və evdə istifadə olunmadan qalan kitablara yeni oxucular qazandırmaqdır.
Kitabxanalar “Seafront Volunteer Group” və “Sunderland Seafront BID” tərəfindən “The Seaburn Inn”, “The Tram Shelter”, “Adventure Sunderland” və “Marina” ərazilərində quraşdırılıb.
Dörd kitab şkafının hər biri Sanderlenddəki “Art Cafe”dən Su Devine tərəfindən fərdi sənət əsərinə çevrilib. Layihə “National Literacy Trust” tərəfindən dəstəklənir.