ABŞ spirtli içkilər, süd məhsulları və motosikletlər də daxil olmaqla, bir sıra Kanada məhsullarının idxalını qadağan edir.

Postxronika.az BBC-yə istinadən xəbər verir ki, Prezident Donald Trampın çərşənbə axşamı imzaladığı sərəncamlara əsasən, qadağalar sentyabrın 29-dan qüvvəyə minəcək. Tramp Kanadanı ABŞ-a qarşı “ayrı-seçkilik” etməkdə ittiham edib.

Kanadanın Baş naziri Mark Karni isə ölkəsinin ABŞ-dan uzaqlaşmasının “müəyyən bədəli olacağını” bildirib.

Hər iki ölkənin rəsmiləri ticarət sazişi əldə etməkdə maraqlı olduqlarını açıqlasalar da, avqustun sonlarında dayandırılan danışıqların bərpası ilə bağlı hələlik yeni görüş təyin edilməyib.

 Rəşad Hüseynov