ABŞ Kanada ilə dərinləşən ticarət müharibəsi çərçivəsində süd məhsulları, alkoqollu içkilərin əksəriyyəti və motosikletlərin idxalını qadağan edir.

 Ağ Ev çərşənbə axşamı bildirib ki, ABŞ Kanada ilə davam edən və səngimə əlaməti göstərməyən ticarət müharibəsi çərçivəsində bəzi süd məhsullarının, motosikletlərin və alkoqollu içkilərin əksəriyyətinin Kanadadan idxalını qadağan edir.

Postxronika.az apnews-ə istinadən xəbər verir ki,Qadağa 29 sentyabrdan qüvvəyə minəcək. Bu qərar Kanadanın həmin gün ABŞ-dan idxal olunan 20 milyard dollar dəyərində məhsullara cavab tariflərini tətbiq etməsindən sonra qəbul edilib. Kanada bu addımı ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərə cavab olaraq atıb. Ölkələr arasında ticarət danışıqları isə ötən ay uğursuzluqla nəticələnib.

Tramp həmçinin Kanada məhsullarının ABŞ hökumətinin iri və uzunmüddətli  müqavilələrindən kənarlaşdırılması  istiqamətində addım atıb. O, ABŞ Ümumi Xidmətlər Administrasiyasına Kanada məhsullarını bu müqavilələr üçün uyğun hesab etməməyi tapşırıb. Bu qərarın Kanadanın Amerika məhsullarına qarşı “tam və ədalətli qarşılıqlılığı” təmin etməsinə qədər qüvvədə qalacağı bildirilib.

Qafarzadə Nuray