NATO ölkələri bu yaz Arktikada Rusiya sualtı qayıqlarının mühüm sualtı kabelləri sıradan çıxarmaq üçün gizli silahdan istifadə üzrə təlim keçirdiyini aşkarlayıb.

Postxronika.az Reuters istinadən xəbər verir ki ,Böyük Britaniya, Norveç və ABŞ-ın birgə əməliyyatı zamanı Rusiya gəmiləri izlənilib və təlimi başa çatdırmalarına mane olunub.

Qərb rəsmilərinin sözlərinə görə, əməliyyat Rusiyanın sualtı müharibə üzrə GUGI idarəsi tərəfindən həyata keçirilib. Sualtı kabellərin sıradan çıxarılmasının NATO ilə mümkün qarşıdurmada Rusiyanın əsas sabotaj vasitələrindən birinə çevrilə biləcəyi bildirilir. Arktikada Svalbardı Norveçin materik hissəsi ilə birləşdirən iki fiber-optik kabel 2 700 metrədək dərinlikdə yerləşir və böyük həcmdə peyk məlumatlarının ötürülməsini təmin edir.

Nuray Qafarzadə