Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kanadanın Avropa İttifaqının ilk “assosiativ üzvü” olması üçün danışıqlara başlamağı təklif edib.
Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, von der Leyen bu təklifi Avropa Parlamentində çıxışı zamanı səsləndirib.
O bildirib ki, Aİ və Kanada demokratiya, müdafiə, xammal və təchizat zəncirləri məsələlərində oxşar mövqelərə malikdir. Von der Leyen yeni tərəfdaşlıqların “bugünkü kövrək dünyada” vacib olduğunu vurğulayıb. Təklif Kanada Baş naziri Mark Karneynin Avropa Parlamentində olduğu vaxt səsləndirilib. Aİ hazırda Rusiya-Ukrayna müharibəsi və ABŞ-Çin rəqabəti fonunda yeni tərəfdaşlıqlar qurmağa çalışır.
Nuray Qafarzadə