Rusiya və Meksika BMT-nin dünya siyasətində əsas əlaqələndirici rolunun gücləndirilməsini və təşkilatın islahatını dəstəkləyir.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Meksikanın milli bayramı münasibətilə yaydığı açıqlamada bildirilib.

Tərəflər BMT Nizamnaməsinin dövlətlərin suveren bərabərliyi, daxili işlərə qarışmamaq və xalqların öz müqəddəratını təyinetmə prinsiplərini qoruyur. Nazirlik qeyd edib ki, Moskva və Mexiko BMT-nin potensialından daha səmərəli istifadə edilməsinin tərəfdarıdır.

Nuray Qafarzadə