Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukrayna münaqişəsinin siyasi-diplomatik yolla həlli perspektivlərinin bir neçə ay əvvəlki vəziyyətdən daha yaxın olmadığını bildirib.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, Ryabkov BRICS sammitindən sonra keçirilən brifinqdə bu barədə danışıb. O, vəziyyətə görə Avropadakı “müharibə tərəfdarlarını” məsul tutub. Diplomatın sözlərinə görə, Qərb, xüsusilə Avropa İttifaqı mövcud reallığı nə qədər tez qəbul etsə, siyasi həll üçün imkanlar bir o qədər arta bilər.

Nuray Qafarzadə